Dünya

ABŞ: İranla müharibənin xərci 37,5 milyard dollara çatdı

Bugun.tv xəbər verir ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı İranla davam edən müharibənin ABŞ-a 37,5 milyard dollara başa gəldiyini açıqlayıb.

Heqset Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və kənd təsərrüfatı naziri Bruk Rollins ilə birlikdə Pentaqon üçün tələb olunan əlavə büdcə ilə bağlı senatorların suallarını cavablandırıb.

Nazir bildirib ki, ABŞ təhlükəli beynəlxalq şəraitdə fəaliyyət göstərir və ordunun təcili ehtiyaclarının qarşılanması üçün əlavə maliyyə vəsaitinə ehtiyac var. Onun sözlərinə görə, süni intellekt, yüksək hesablama texnologiyaları, avtonom sistemlər və kosmik sahəyə vaxtında investisiya qoyulmaması ABŞ-ın rəqiblərindən geri qalmasına səbəb ola bilər.

Pit Heqset əlavə edib ki, tələb olunan maliyyə ayrılmasa, hərbçilərin maaşlarının ödənilməsi, silah və sursat ehtiyatlarının yenilənməsi, eləcə də hərbi əməliyyatların fasiləsiz davam etdirilməsi ciddi risk altına düşəcək.

Dinləmələr zamanı demokrat senator Dik Dörbin İranla müharibənin ümumi dəyərini soruşduqda, müdafiə naziri bu məbləğin hazırda 37,5 milyard dollar olduğunu bildirib.

İclas zamanı müharibə əleyhdarları Pit Heqsetin çıxışını dörd dəfə etiraz aksiyası ilə yarımçıq kəsiblər. Etirazçılar zaldan çıxarılarkən “Günahsız uşaqları bombalamağı dayandırın” şüarları səsləndiriblər.

Senatın Təxsisatlar Komitəsinin sədr müavini Patti Mürrey isə Tramp administrasiyasını Konqresin razılığı olmadan İranla müharibəyə başlamaqda tənqid edib. O bildirib ki, administrasiya sosial sahələr üçün vəsait çatışmazlığını əsas gətirsə də, yeni müharibə üçün böyük maliyyə ayırmağa davam edir.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Huawei yeni ikiqat qatlanan telefonunu təqdim etdi

Aynur Camal

ABŞ-da qubernatorluğa namizədin seçki tədbirinə silahlı hücum oldu

Aynur Camal

İran Hörmüz boğazında yeni gəmiçilik marşrutu elan etməyə hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu