16 C
Baku
24 Oktyabr 2025, 0:49
Dünya

ABŞ İraq və Suriyadakı 85 hədəfdən 84-nü vurdu – CNN

Bugun.tv xəbər verir ki, CNN-in bazar günü Pentaqonun ilkin təhlilinə istinadən verdiyi xəbərə görə, ABŞ İraq və Suriyada endirdiyi zərbələr zamanı 85 hədəfdən 84-nü vurub.

Telekanalın məlumatına görə, 84 hədəf “məhv edilib və ya funksional zədələnib”.

Tam zərbədən sonrakı təhlil hələ də davam edir. Lakin bir rəsmi bildirib ki, əməliyyatlar çərçivəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərinin öldürüldüyünə dair heç bir əlamət yoxdur. CNN qeyd edib.

Fevralın 3-nə keçən gecə ABŞ İraq və Suriyanın müəyyən sərhəd bölgələrində yerləşdirilmiş iranyönlü silahlı qruplaşmalara ardıcıl zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, 85-dən çox hədəfi vuran hava zərbələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri (SEPAH, İran silahlı qüvvələrinin elit bölmələri) və əlaqəli qrupları hədəf alıb.

Mənbə tass

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Zelenski: Mən hesab etmirəm ki, indi seçkilər üçün uyğun vaxt deyil

İntizar Əmirova

Tramp: Biz Qrenlandiya xalqını zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq

Aynur Camal

Çinin yeni nəsil “Fucien” təyyarədaşıyan gəmisi Tayvan boğazından keçdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu