28 C
Baku
8 Sentyabr 2025, 13:20
Baş xəbərDünya

ABŞ İraqda əməliyyat keçirib, İrana yaxın hərəkatın liderlərindən biri öldü

ABŞ-nin İraqda İrana bağlı silahlı qruplaşmanın düşərgəsinə hava zərbələri endirməsi nəticəsində “Nuceba Hərəkatı”nın liderlərindən biri Əbu Takva əs-Said ölüb.

Bugun.tv xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, hava zərbələri ilə daha 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

İraq hökumətinin rəsmiləri hadisə ilə bağlı hələ açıqlama verməyib.

Məlumata görə, “Nuceba Hərəkatı” İran hakimiyyətinə yaxın sayılan “Haşdi Şabi”yə bağlı silahlı qruplaşmadır. İnformasiyaya əsasən, hava hücumunun hədəfi Əbu Takva əs-Said və onun ətrafı olub.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Fransa sol ittifaqı Fələstini tanımağa cəhd etdi

İntizar Əmirova

Hərbçimiz qəfil vəfat etdi-FOTO

Nigar Məmmədova

Terror aktlarında ölənlərin sayı 65-ə çatdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu