21 C
Baku
12 Sentyabr 2025, 20:46
Baş xəbərDünya

ABŞ İraqda silahlı qruplaşmanın mövqelərinə zərbə endirdi

ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri “Kətaib Hizbullah” qruplaşmasının İraqdakı üç obyektinə zərbə endirib.

Bugun.tv xəbər verir ki, bu barədə Pentaqonun yayımladığı bəyanatda deyilir.

Məlumata görə, zərbələr İranın himayə etdiyi silahlıların İraq və Suriyada ABŞ hərbçilərinə qarşı silsilə hücumlarına cavabdır.

ABŞ müdafiə naziri Lloyd Ostin Birləşmiş Ştatların regionda şəxsi heyətini və obyektlərini qorumaq üçün lazımi tədbirlər görməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, əməliyyat ABŞ prezidentinin göstərişi ilə həyata keçirilib.

Qeyd edək ki, dekabrın 25-də İrana bağlı “Kətaib Hizbullah” qruplaşmasının Ərbil Hava Bazasına hücumu nəticəsində üç amerikalı hərbçi yaralanıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Peskov: Rusiya nümayəndə heyəti İstanbula yola düşüb

Aynur Camal

Elon Maskdan gözlənilməz hərəkət

Teymur Əziz

Məktəbə silahlı hücum olundu, 6 nəfər öldü

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu