ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri “Kətaib Hizbullah” qruplaşmasının İraqdakı üç obyektinə zərbə endirib.
Bugun.tv xəbər verir ki, bu barədə Pentaqonun yayımladığı bəyanatda deyilir.
Məlumata görə, zərbələr İranın himayə etdiyi silahlıların İraq və Suriyada ABŞ hərbçilərinə qarşı silsilə hücumlarına cavabdır.
ABŞ müdafiə naziri Lloyd Ostin Birləşmiş Ştatların regionda şəxsi heyətini və obyektlərini qorumaq üçün lazımi tədbirlər görməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, əməliyyat ABŞ prezidentinin göstərişi ilə həyata keçirilib.
Qeyd edək ki, dekabrın 25-də İrana bağlı “Kətaib Hizbullah” qruplaşmasının Ərbil Hava Bazasına hücumu nəticəsində üç amerikalı hərbçi yaralanıb.
