Dünya

ABŞ İsrailə vizasız səyahət imkanı yaradacaq?

Bugun.tv xəbər verir ki, ABŞ rəhbərliyinin İsrail vətəndaşlarının ölkəyə vizasız gediş-gəlişinə icazə verməyə hazırlaşdığı iddia edilib.

Adının açıqlanmasını istəməyən 5 ABŞ rəsmisi İsrail vətəndaşları üçün viza müraciətində edilən dəyişikliklə bağlı Associated Press agentliyinə bu barədə məlumat verib.

Rəsmilər, İsrailin ABŞ Daxili Təhlükəsizlik Departamenti tərəfindən həyata keçirilən və 40 ölkə vətəndaşının üç ay ərzində vizasız ölkəyə səyahət etməsinə icazə verən Viza İmtina Proqramında iştirak üçün son tarixin 30 sentyabr olduğunu bildirib.

Səlahiyyətlilər, bu tarixin ABŞ-da federal büdcə ilinin son gününə təsadüf etdiyini və viza azadlığının gələn il qüvvədə olması üçün müraciətin bu tarixdən əvvəl edilməsi lazım olduğunu və bu çərçivədə ABŞ prezidenti Joe Bayden administrasiyası İsrail vətəndaşlarına vizasız səyahət imkanı yaradacaq.

Rəsmilər bildiriblər ki, daxili təhlükəsizlik katibi Alejandro Mayorkas bu barədə sentyabrın 28-də rəsmi açıqlama verəcək.

Bildirilir ki, İsrail rəsmi olaraq Viza İmtina Proqramına daxil olarsa, vətəndaşları, sadəcə olaraq, qeydiyyatdan keçməklə ABŞ-a iş və ya tətil məqsədilə 90 günə qədər vizasız səfər edə bilərlər.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Donald Trump: “İranın uranini ələ keçirmək üçün əməliyyat mümkündür”

Aynur Camal

İsrail Ordusu Lübnanlılara: “Hizbullah-a qarşı çıxın” çağırışı

Aynur Camal

İran Parlamentinin Sədri: “Tramp və Netanyahu xəyallarını irəlilətmək üçün ABŞ əsgərlərini qurban verir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu