34 C
Baku
27 İyul 2025, 14:10
Dünya

ABŞ İsraildən İrana mümkün hücumu yumşaltmağı xahiş edir

ABŞ rəhbərliyinin İsraildən İrana qarşı gözlənilən hücumunu yumşaltmasını istədiyi iddia edilib. İsrailin Kanal 13 televiziyasında yayımlanan xəbərdə İsrailin İrana mümkün hücumu ilə bağlı bəzi iddialar yer alıb.

Adı açıqlanmayan mənbəyə əsaslanan xəbərdə ABŞ-ın İsraildən İrana mümkün hücumunu yumşaltmasını istədiyi iddia edilib.

Bildirilib ki, Vaşinqton həmçinin Təl-Əvivdən Livanda qurudan hücumların tamamlanmasını “sürətləndirməyi” istəyib.

Digər tərəfdən, İsrailin “Kanal 12” televiziyası Tel-Əvivin İrana mümkün hücum planının hazır olduğunu və bunun “bir neçə günə” təşkil ediləcəyini iddia edib.

Adı açıqlanmayan İsrail rəsmilərinə əsaslanan xəbərdə, Təl-Əvivin mümkün hücumdan sonra İranın “dərhal cavab verəcəyini” gözlədiyi bildirilib.

Hər iki xəbərlə bağlı İsrail rəsmilərindən heç bir rəsmi açıqlama verilməyib.

İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təl-Əviv rəhbərliyi İranın bu hücuma cavab verəcəyini açıqlamışdı.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Zibil maşını bomba kimi partladı

Aynur Camal

“Chevron” Argentina neft yatağının işlənməsi üçün 500 milyon dollara qədər sərmayə qoyacaq

Nigar Məmmədova

Rusiyada hakerlər televiziyanı yenidən sındıraraq müharibə haqqında həqiqəti deyiblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu