30 C
Baku
28 İyun 2025, 17:04
Baş xəbərSiyasət

ABŞ İsraili müharibə qanunlarına uyğun hərəkət etməyə çağırır

Bugun.tv xəbər verir ki, ABŞ prezidenti Co Bayden açıqlamasında İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu bir daha vurğulayıb və İsraili müharibə qanunlarına uyğun hərəkət etməyə çağırıb.

TRT Haber” məlumat verir ki, ABŞ prezidenti Co Bayden açıqlamasında İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu təkrarlayaraq, “Onların xalqını qorumaq üçün bu gün və hər zaman ehtiyac duyduqları şeylərə sahib olduqlarına əmin olmalıyıq” deyib.

İsraili müharibə qanunlarına uyğun hərəkət etməyə çağıran Bayden, “Baş nazir Netanyahu ilə İsrailin müharibə qanunlarına uyğun necə davranması lazım olduğunu müzakirə etdik. Bu, müharibədə mülki əhalinin mümkün qədər yaxşı qorunması deməkdir. Biz sadəcə sülh içində yaşamaq istəyən günahsız fələstinliləri görməzlikdən gələ bilmərik. “Bu səbəbdən Qəzzada fələstinli mülki şəxslərə ilk humanitar yardımın göndərilməsi ilə bağlı razılığa gəldim”, – deyə o bildirib.

Fələstin və İsrail arasında sülhün iki dövlətli həllə bağlı olduğunu təkrarlayan Bayden, “İki dövlətli həlldən imtina edə bilmərik” dedi.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Tikintidə partlayış baş verdi

Aynur Camal

Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilir

Sevinc Sadıqova

Gecə saatlarında bir qrup yeniyetmə dayaq-qurğuları zədələyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu