Dünya

“ABŞ İsrailin “Böyük İsrail” xülyası səbəbilə müharibəyə sürüklənib”

İran ABŞ-ın İsrailin təsiri ilə regionda müharibəyə sürükləndiyini bəyan edib.

Bugun.tv xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Said Hatibzadeh Hindistanın paytaxtı Yeni Dehli şəhərində keçirilən Raisina Dialogue 2026 konfransında çıxışı zamanı bildirib.

Hatibzadə qeyd edib ki, ABŞ İsrailin “Böyük İsrail” xülyası səbəbindən İrana qarşı müharibəyə cəlb olunub. Onun sözlərinə görə, region ölkələri də bu vəziyyətin fərqindədir. İran rəsmisi həmçinin Basra körfəzində yerləşən ABŞ hərbi mövcudluğunu tənqid edərək bildirib ki, İran ordusu bölgədəki Amerika hərbi iştirakına son qoymağa qadirdir.

Diplomat vurğulayıb ki, İran hazırda “mövcudluq savaşı” aparır və ölkəsinin beynəlxalq hüquqa zidd şəkildə hücumlara məruz qaldığını iddia edib.

Hatibzadə ABŞ-ın başqa ölkə rəhbərini sui-qəsd yolu ilə öldürdüyünü iddia edərək bunun beynəlxalq hüquq və diplomatik münasibətlər üçün təhlükəli presedent yaratdığını söyləyib.

O, həmçinin ABŞ prezidenti Donald Trumpın İranın yeni liderinin seçilməsi prosesinə müdaxilə etmək istədiyini bildirməsinə də reaksiya verib. Hatibzadə bu fikirləri tənqid edərək Trampın belə məsələlərə qarışmaq hüququnun olmadığını deyib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisinə hərbi hücumlara başlayıb. İran isə cavab olaraq İsrail hədəfləri ilə yanaşı ABŞ hərbi bazalarının yerləşdiyi Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə müəyyən obyektlərə zərbələr endirib.

İran Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlar nəticəsində 926 nəfər həyatını itirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: Kuba çox yaxında “çökəcək”

Aynur Camal

Rusiya: Finlandiya ərazisində nüvə silahlarının yerləşdirilməsi ilə bizi təhdid edir

Aynur Camal

İran XİN: Tehranda ibtidai məktəbə zərbə endirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu