11 C
Baku
27 Mart 2026, 15:55
Dünya

ABŞ Konqresi 2024-cü ilin hökumət büdcəsini müəyyənləşdirdi

ABŞ Konqresi 2024-cü maliyyə ilinin sonunadək federal hökumətin maliyyə xərcləri barədə razılığa gəlib.

Bugun.tv xəbər verir ki, Konqres büdcəni 1,59 trilyon dollar həcmində müəyyən edib. Vəsaitin 886 milyard dollarının müdafiə, 704 milyard dollarının isə qeyri-müdafiə sahələrinə ayrılması təklif olunub. Bu, iki həftədən az müddət ərzində hökumətin qismən bağlanmasının qarşısının alınması üçün atılan ilk addım kimi qiymətləndirilir.

Ötən ilin noyabrında ABŞ Prezidenti Cozef Bayden birinci mərhələdə bəzi dövlət qurumlarının maliyyələşməsinin yanvarın 19-dək uzadılmasını nəzərdə tutan və kənd təsərrüfatı, hərbi tikinti, veteranların işləri, energetika, su təchizatı sahələrinə vəsait ayırmasını ehtiva edən qanun layihəsini imzalayıb. Fevralın 2-dək uzadılan ikinci mərhələyə isə digər dövlət qurumlarının maliyyələşdirilməsi daxil ediləcək.

Xatırladaq ki, ABŞ Prezidenti oktyabr ayında Ukraynaya 61,4 milyard dollar, İsrailin müdafiəsinə isə 14,3 milyard dollar həcmində əlavə yardım ayrılması barədə Konqresə sorğu göndərib. Bundan başqa, Cozef Bayden ABŞ-Meksika sərhədinin möhkəmləndirilməsi üçün 13,6 milyard dollar, digər milli təhlükəsizlik prioritetləri üçün isə 7,4 milyard dollar istəyib. Beləliklə, Birləşmiş Ştatlar liderinin əlavə maliyyələşdirmə uçun Konqresdən istədiyi məbləğ ümumilikdə 106,7 milyard dollar təşkil edib.

Bugün TV

Oxşar xəbərlər

İranın Hörmüz boğazında üstünlüyü nədədir?

Aynur Camal

Arktikada dəniz buzları rekord səviyyədə azalır

Aynur Camal

Arakçidən tənqid: “İsrailin hərəkətləri qanuni sayılır, İranın müdafiəsi isə qınanır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu