35 C
Baku
20 İyul 2025, 10:50
Baş xəbərDünya

ABŞ Konqresi prezidentin ölkəni NATO-dan çıxarmaq imkanını məhdudlaşdırdı

ABŞ Konqresi prezidentə qanunvericilərin razılığı olmadan ölkəni Şimali Atlantika Alyansından çıxarmağı qadağan edib.

Bugun.tv xəbər verir ki, müvafiq bənd Konqresin hər iki palatası tərəfindən təsdiqlənən 2024-cü maliyyə ili üçün Milli Müdafiə Səlahiyyətləri Aktında yer alıb.

“Bundan sonra prezident ABŞ-ın NATO-da iştirakını dayandıra, müqaviləni denonsasiya edə və ya 1949-cu il aprelin 4-də Vaşinqtonda imzalanan Şimali Atlantika Müqaviləsindən çıxara bilməz. Bunun üçün senatorların üçdə ikisinin dəstəyi və ya Konqresin təsdiqi lazımdır”, – deyə sənəddə bildirilir.

AZERTAC-ın məlumatına görə, bir müddət öncə “The New York Times” qəzeti 2024-cü ildə keçiriləcək seçkilərdə ABŞ-ın sabiq prezidenti Donald Trampın qələbəsinin ölkənin NATO-dan çıxması ilə nəticələnə biləcəyini yazıb. Belə ki, Birləşmiş Ştatların sabiq lideri ABŞ-ı Şimali Atlantika Alyansından çıxarmaq və Rusiya ilə saziş imzalamaq istəyini dəfələrlə bəyan edib.

Teymur Əziz

Oxşar xəbərlər

Trampın Qəzza planı: Bu, yeni dağıntıların xəbərçisidirmi?

Aynur Camal

Yəhudilərin ABŞ Konqresinə etirazları artdı

Kəmalə Sultan

YouTube-da “bəyən” düyməsi yox oldu!

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu