27 C
Baku
28 İyun 2025, 11:27
Digər

ABŞ Konqresinin administrasiyası işçilərinə WhatsApp-dan istifadə etməyi qadağan edib

Məlumata görə, ABŞ Nümayəndələr Palatasının administrasiyası Konqres əməkdaşlarına iş yeri ilə bağlı cihazlarda WhatsApp mesajlaşma proqramından istifadə etməyi qadağan edib. ABŞ-ın Axios xəbər saytının əldə etdiyi daxili memoya görə, Nümayəndələr Palatası öz işçilərinə WhatsApp tətbiqi ilə bağlı xəbərdarlıq edib.

ABŞ Nümayəndələr Palatasının baş inzibati məmuru tərəfindən dərc edilmiş daxili memoda, “Nümayəndələr Palatasının əməkdaşları WhatsApp tətbiqini mobil telefon, masaüstü və ya veb brauzer versiyaları da daxil olmaqla, hər hansı bir iş yeri cihazına endirə və ya saxlaya bilməzlər.” deyə məlumat paylaşılıb.

Cihazlarında WhatsApp tətbiqi olanlardan onu tez bir zamanda silmələrini xahiş edən məktubda deyilir ki, “Kiber Təhlükəsizlik İdarəsi WhatsApp-ı istifadəçi məlumatlarını necə qoruduğuna dair şəffaflığın olmaması, saxlanılan məlumatların şifrələnməməsi və istifadəsi ilə bağlı potensial təhlükəsizlik riskləri səbəbindən istifadəçilər üçün yüksək risk kimi qiymətləndirib”.

Bundan əlavə, işçilərə potensial şəxsiyyət oğurluğu fırıldaqları və naməlum nömrələrdən gələn mesajlara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib, eyni zamanda WhatsApp tətbiqinə alternativ olaraq Microsoft Teams, Wickr, Signal, iMessage və FaceTime göstərilib.

Son illərdə ABŞ Nümayəndələr Palatasının administrasiyası işçilərin məlumatlarını qorumaq üçün rəqəmsal və süni intellekt sahəsində DeepSeek, ByteDance proqramları və Microsoft Copilot proqramlarına qismən qadağalar qoyub.

Konqres işçilərinin ChatGPT-dən istifadəsi ciddi şəkildə məhdudlaşdırıldı və ofislərə yalnız ödənişli versiya olan ChatGPT Plus-dan istifadə edilə biləcəyi barədə göstəriş verilmişdi.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Qanuni limitdən artıq nəqliyyat vasitəsi alıb-satan 19 nəfər barəsində tədbir görüldü

Bugün TV

“Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir”   

Bugün TV

Azərbaycan dili dərsliyi yenilənəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu