16 C
Baku
21 Mart 2026, 16:53
Siyasət

ABŞ Konqresinin nümayəndələri Milli Məclisdə olub

ABŞ Konqresinin nümayəndələri Milli Məclisdə olub Vüqar Bayramov, ABŞ Konqresi, Milli Məclis, Azərbaycan–ABŞ münasibətləri, Səməd Seyidov, parlament diplomatiyası, Vaşinqton sammiti, strateji tərəfdaşlıq

Deputat Vüqar Bayramov öz sosial media hesabında bildirib ki, yanvarın 31-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunu təmsil edən peşəkar heyət üzvləri Milli Məclisdə görüş keçiriblər.

Onun sözlərinə görə, görüşdə Azərbaycan–ABŞ münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

ABŞ Konqresinin nümayəndələri Milli Məclisdə olub
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunu təmsil edən peşəkar heyət üzvləri

Paylaşımda qeyd olunur ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov görüş zamanı iki ölkə arasında əlaqələrin tarixi, hazırkı əməkdaşlıq istiqamətləri və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi imkanları barədə ətraflı məlumat verib. Vurğulanıb ki, tərəflərin birgə bəyanatları və atılan praktiki addımlar bu istiqamətdə siyasi iradəni açıq şəkildə nümayiş etdirir.

ABŞ Konqresinin nümayəndələri Milli Məclisdə olub
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunu təmsil edən peşəkar heyət üzvləri

Vüqar Bayramovun paylaşımında bildirilib ki, Vaşinqton sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin avqustunda ABŞ-a etdiyi işgüzar səfər və bu səfər zamanı əldə olunan razılaşmalar ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyıb. Qeyd olunub ki, imzalanan sənədlər yalnız Azərbaycan–ABŞ əməkdaşlığının möhkəmlənməsinə deyil, həm də Azərbaycan–Ermənistan sülh gündəliyi kontekstində regionda sabitliyin və əməkdaşlığın güclənməsinə mühüm töhfə verir.

Vüqar Bayramov, ABŞ Konqresi, Milli Məclis, Azərbaycan–ABŞ münasibətləri, Səməd Seyidov, parlament diplomatiyası, Vaşinqton sammiti, strateji tərəfdaşlıq
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunu təmsil edən peşəkar heyət üzvləri
Aynur Camal

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Pezeşkian Əliyevə: Naxçıvana hücumun İranla əlaqəsi yoxdur

Aynur Camal

İran müharibəsi fonunda neftin qiyməti 110 dolları keçdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu