İSRAİLDƏN İsmayıl Haniyə sui-qəsdinin etirafı gəldi!
HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı etirafın İsraildən gəldiyi iddia edilib. ABŞ mətbuatından olan “Washington Post” İsrailin qətldən sonra ABŞ prezidenti Co Baydenə məlumat verdiyini və Baydenin çox qəzəbləndiyini yazıb.
İranın yeni prezidenti Məsud Pezeşkiyanın təhvil-təslim mərasimi üçün Tehranda olan Həmas lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı İsraildən etiraf gəlib. ABŞ mətbuatından olan “Washington Post” İsrailin Haniyə sui-qəsdindən sonra ABŞ-ı məlumatlandırdığını yazıb. Ağ Evdəki mənbələrə əsaslanan xəbərə görə, İsrail HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən dərhal sonra sui-qəsdin arxasında olduğunu ABŞ-a çatdırıb.
ABŞ prezidenti Co Baydenin bu xəbəri alanda çox qəzəbləndiyi və Haniyənin öldürülməsinin Qəzzada atəşkəs üçün aylardır davam edən danışıqları alt-üst edəcəyindən narahat olduğu bildirilib.
Washington Post qəzetinin yazdığına görə, ABŞ İsrailin Hizbullah və ya İran komandirlərini öldürmək üçün növbəti əməliyyatlara başlamazdan əvvəl onlara məlumat verməməsindən qəzəblənib. Qəzetin adını açıqlamadığı bir İsrail rəsmisi baş nazir Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında keçən həftə telefon danışığının “gərgin” olduğunu təsdiqləyib.
HƏMAS LİDERİ İSMAİL HANİYƏNİN ÖLDÜRÜLMƏSİ
HƏMAS lideri İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehranda olub.
İran İnqilabı Keşikçiləri Korpusu bu səhər verdiyi bəyanatda Haniyənin Tehrandakı iqamətgahına hücum edildiyini açıqlayıb.
İran və HƏMAS Hərəkatı sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkinib.
Mənbə: TGRT