“The New York Times” qəzeti HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı şok iddia ilə çıxış edib.
ABŞ mətbuatı Haniyənin öldürülməsinin 2 ay əvvəldən planlaşdırıldığını iddia edib.
ABŞ-ın “New York Times” qəzeti Tehranda sui-qəsd nəticəsində öldürülən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin aylar əvvəl qaldığı evə gizli şəkildə qoyulan bombanın partlaması nəticəsində öldürüldüyünü iddia edib.
Qəzet Haniyənin qaldığı evdə baş verən partlayışla bağlı ikisi iranlı, biri amerikalı olmaqla bölgədən olan 7 fərqli məmura əsaslanaraq yeni bir iddia gündəmə gətirib.
Haniyənin ölümünə səbəb olan bombanın təxminən iki ay əvvəl İran İnqilab Keşikçiləri Ordusu tərəfindən yüksək rütbəli qonaqların qəbul edildiyi və qorunduğu iqamətgaha gizli şəkildə gətirilərək Haniyənin qaldığı otağa qoyulduğu iddia edilib. Tehranda olan Haniyənin gecə saat 02:00 radələrində otaqda olduğu təsdiqləndikdən sonra bombanın uzaqdan idarəetmə vasitəsi ilə işə salındığı bildirilib.
Sıx təhlükəsizlik tədbirləri altında saxlanılan binaya bombanın qaçaqmalçılıq yolu ilə necə gətirildiyi və həftələrlə orada necə görünmədən qaldığı açıqlanmayıb. Belə bir pozuntunun İran üçün kəşfiyyat və təhlükəsizlik baxımından “fəlakətli uğursuzluq” olduğu şərh edilib.
Xəbərdə İsrailin sui-qəsdlə bağlı məsuliyyətini ictimaiyyətə açıqlamadığı, lakin İsrail kəşfiyyatının sui-qəsddən dərhal sonra əməliyyatın təfərrüatları barədə ABŞ və digər Qərb hökumətlərini məlumatlandırdığı bildirilib.
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehranda olub.
İran İnqilabı Keşikçiləri Korpusu iyulun 31-də səhər saatlarında verdiyi bəyanatda Həniyənin Tehrandakı iqamətgahına hücum edildiyini açıqlayıb.
İran və HƏMAS Hərəkatı sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkinib.
Haniyə 2017-ci il mayın 6-da HƏMAS-ın Şura Şurası tərəfindən Xalid Məşəli əvəz edərək HƏMAS-ın Siyasi Bürosunun rəhbəri seçilib.
Mənbə: Haber Global