ABŞ mediası Rusiyanın bu ilin əvvəlində Yəməndə yerləşən husilərə İsrailə dəstək olaraq Qırmızı dənizdə qərb gəmilərinə hücum etməkdə kömək etdiyini bildirib. Xəbərdə Rusiyanın husilərə “peyk məlumatları” verdiyi iddia edilib.
ABŞ mediası İsrailin Qəzza zolağına hücumlarına cavab olaraq keçən ilin noyabrından bəri Qırmızı dənizdə İsrailə bağlı gəmilərə hücum edən Yəməndə İranın dəstəklədiyi husilərə Rusiyanın strateji məlumat verdiyini iddia edib.
ABŞ-da nəşr olunan “The Wall Street Journal” (WSJ) qəzetində dərc olunan xəbərdə Rusiyanın bu ilin əvvəlində Qırmızı dənizdə qərb gəmilərinə hücum etmək üçün Yəməndəki husilərə “məlumat” verdiyi bildirilib.
Qəzet adı açıqlanmayan mənbəyə istinadən yazıb ki, Rusiya məlumatları İran İnqilabı Keşikçiləri Korpusunun üzvləri vasitəsilə husilərə ötürüb. Bildirilib ki, Rusiya da husilərə hücumlarında “yardım etmək” üçün peyk görüntülərini paylaşıb.
Husilər 2023-cü ilin noyabrında İsrailin Qəzzaya hücumlarına cavab olaraq Qırmızı dənizdə İsraillə əlaqəli gəmiləri hədəf almağa başlayıb. Qırmızı dənizdə 80-dən çox ticarət gəmisini hədəf alan, raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirən husilərin hücumlarından sonra qərb gəmiçilik şirkətləri Qırmızı dənizdəki səyahətlərini dayandırmağa qərar verib.
ABŞ-ın müdafiə naziri Lloyd Austin dekabrın 18-də husilərin Qırmızı dənizdə beynəlxalq ticarət gəmilərinə hücumlarına qarşı “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli koalisiyanın yaradıldığını açıqlayıb.
Mənbə: TGRT