8 C
Baku
12 Dekabr 2024, 8:46
Siyasət

ABŞ Madrid sammitindən əvvəl Türkiyənin narahatlığını aradan qaldırmaq istəyir

Birləşmiş Ştatlar alyansın iyunun 28-də Madriddə keçiriləcək sammitindən əvvəl İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Türkiyənin narahatlığını aradan qaldırmağı hədəfləyir. Bunu Senatda dinləmələr zamanı dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib.

Finlandiya prezidenti Sauli Niinistö bir müddət əvvəl bildirmişdi ki, Finlandiyanın NATO-nun mənzil-qərargahında Türkiyə və İsveçlə görüşdəki fikir ayrılıqlarına görə sentyabr ayına qədər NATO-ya üzv ola bilmə ehtimalı azdır.

“Hürriyet” qəzetinin məlumatına görə, Ankara Finlandiya və İsveçin  NATO-ya daxil olana qədər fikir ayrılıqlarının aradan qaldırılması üçün yazılı təminat tələb edib.

Türkiyə tərəfinin tələbləri Finlandiya və İsveçin Türkiyədə terrorçu kimi tanınan təşkilatlara dəstək verməsi səbəbindən irəli sürülüb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, İsveç və Finlandiyadan alınan sənədlər “Ankaranın gözləntilərindən uzaqdır”.

Bugün.tv

Finlandiya sentyabr ayına qədər NATO-ya üzv olmaya bilər

Bugün TV

Oxşar xəbərlər

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Bugün TV

Fransa prezidenti Çinə səfər edib

Nigar Məmmədova

Politoloq Tural İsmayılov: “Fransadan Azərbaycana qarşı hər zaman təzyiqlər və təxribatlar görmüşük”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu