Dünya

ABŞ müdafiə naziri: İranda ibtidai məktəbə hücum araşdırılır

ABŞ müdafiə naziri Pete Hegseth bildirib ki, ABŞ və İsrail tərəfindən İran ərazisində bir ibtidai məktəbə edilən hücumla bağlı araşdırma başlanılıb.

Bugun.tv xəbər verir ki, bu barədə Pete Hegseth jurnalistlərə açıqlamasında danışıb. O, Minab şəhərində yerləşən Şeceretü’t‑Tayyibe Qız İbtidai Məktəbinə edilən hücum barədə sualları cavablandırarkən bildirib ki, hadisə araşdırılır.

Nazir məktəbin bombalanması ilə bağlı suala cavabında yalnız bu sözləri deyib:

“Deyə biləcəyim yeganə şey odur ki, biz hadisəni araşdırırıq”.

Pete Hegseth eyni zamanda ABŞ ordusunun mülki hədəfləri heç vaxt məqsədli şəkildə vurmadığını iddia edib.

Qeyd edək ki, İran Dövlət Televiziyası 28 fevral tarixində yayımladığı məlumatda Hürmüzgan əyalətinin Minab şəhərində yerləşən adıçəkilən qız məktəbinə edilən hücum nəticəsində 153 şagird və müəllimin həyatını itirdiyini bildirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ağ Ev: Yaxın saatlarda İran səmasında tam nəzarət əldə ediləcək

Aynur Camal

“Sadiq Vəd 4” əməliyyatının 18-ci dalğasına start verildi

Aynur Camal

Putin: Rusiya Avropa qaz bazarından tamamilə çıxa bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu