22 C
Baku
12 Oktyabr 2025, 17:13
DünyaSiyasət

ABŞ Nümayəndələr palatası “erməni lobbisi” təsirindədir

“ABŞ Nümayəndələr palatasının xarici əlaqələr komitəsində erməni lobbisinin dəstəyi ilə Azərbaycan əleyhinə düzəliş qəbul olunması, D. Trampın siyasi xəttinə ziddir. Azərbaycanla Ermənistan arasında sülh mətnin paraflanması və ABŞ prosesdə vasitəçi olması, Zəngəzur dəhlizinin açılmasının razılaşdırılması fonunda belə bir düzəlişin edilməsi Rusiyanın maraqlarına xidmət edir” – deyən siyasi ekspert Məhəmməd Əsədullazadə sosial media hesabında paylaşım edib.

Siyasi ekspert qeyd edib ki, xarici əlaqələr komitəsində qəbul edilən düzəliş Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmaqdan ibarətdir. Ümumiyyətlə, bu düzəliş Azərbaycanın üçün heç bir siyasi və hüquqi qüvvəsi yoxdur. Bu, Azərbaycanın daxilinə işinə qarışmaqdan ibarətdir. Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdan köçən ermənilərin geri dönüşünün mümkün olmadığını və onlara Ermənistan vətəndaşlığı veriləcəyini qeyd edib. Separatçı “liderlərin” həbsi isə, bu Azərbaycanın daxili işidir.

ABŞ Nümayəndələr palatası hüquqi ədalət axtarırsa, İsrailin Qəzzada həyata keçirdiyi humanitar böhranla bağlı qərar qəbul etməlidir. Nümayəndələr palatası isə, sifarişlə qərarlar qəbul edir.

Məhəmməd Əsədullazadə

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

Aynur Camal

Oxşar xəbərlər

Nəsli tükənməkdə olan delfinlərin axtarışına başlanıldı

Nigar Məmmədova

Ajda Pekkan “zəlzələ fürsətçisi” ittihamlarına sərt reaksiya verdi

Nigar Məmmədova

ABŞ prokurorları Boeing-ə qarşı ittiham irəli sürməyi təklif edir

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu