29 C
Baku
9 İyun 2025, 11:34
Dünya

ABŞ ordusu İraq və Suriyada 85-dən çox hədəfə zərbə endirdi

Bugun.tv xəbər verir ki, ABŞ hərbi qüvvələrinin İordaniyada ABŞ hərbçilərinə qarşı hücuma cavab olaraq İraq və Suriyada 85-dən çox hədəfi vurduğunu bildirib.

ABŞ Mərkəzi Komandanlığı “Fevralın 2-də saat 16:00-da (EST) ABŞ Mərkəzi Komandanlığı qüvvələri İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə və ona bağlı milis qruplarına qarşı hava hücumları həyata keçirib. ABŞ hərbi qüvvələri 85-dən çox hədəfi vurub”  bəyanatda bildirib.

Məlumata görə, hava zərbələri çoxlu sayda təyyarə ilə həyata keçirilib. O cümlədən uzaqmənzilli bombardmançılar. Zərbələrə məruz qalan obyektlər arasında komanda və idarəetmə əməliyyatları mərkəzləri, kəşfiyyat mərkəzləri və pilotsuz uçuş aparatlarının saxlanması üçün yerlər var. Hava hücumlarında 125-dən çox dəqiq döyüş sursatından istifadə edilib.

ABŞ daha əvvəl İordaniyadakı Amerika əsgərlərinin İraqdakı İslam Müqaviməti tərəfindən hücuma məruz qaldığını bildirmişdi. Pentaqonun məlumatına görə, zərbə nəticəsində 3 ABŞ hərbçisi həlak olub. 40-dan çoxu isə yaralanıb. ABŞ hadisəyə görə məsuliyyəti digərləri ilə yanaşı İranın üzərinə qoyub.

Mənbə tass

Aynur Camal

Oxşar xəbərlər

Şiddətli istilik dalğası! 5 günlük “qırmızı xəbərdarlıq” verildi

Aynur Camal

RF XİN İrəvanda nasist yürüşünü şərh etdi

İntizar Əmirova

Son xəbərlər… Tramp açıqladı: Qəzzada atəşkəs əldə olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu