Dünya

ABŞ Pearl Harbor hücumunda ölən 88 hərbçinin kimliyini müəyyənləşdirməyi planlaşdırır

ABŞ Müdafiə Nazirliyi İkinci Dünya müharibəsi zamanı Pearl Harbor hücumu zamanı həlak olan və kimliyi müəyyənləşdirilmədən dəfn edilən 88 hərbçinin kimliyinin müəyyən edilməsi üçün yeni araşdırmalara başlayacağını açıqlayıb.

Bugun.tv xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin hərbi əsirlər və itkin düşən hərbçilərlə bağlı məsələləri araşdıran qurumu – Defense POW/MIA Accounting Agency (DPAA) direktoru Kelly McKeague məlumat verib.

Onun sözlərinə görə, araşdırma işlərinə bu ilin noyabr və ya dekabr aylarında başlanması planlaşdırılır. Kimliyi müəyyən edilməyən 88 nəfər USS Arizona döyüş gəmisinin heyət üzvləridir.

McKeague bildirib ki, kimliklərin müəyyən edilməsi üçün hərbçilərin qalıqlarından götürülən DNT nümunələri onların ailə üzvlərindən alınan nümunələrlə müqayisə ediləcək. O qeyd edib ki, yalnız National Memorial Cemetery of the Pacific qəbiristanlığında dəfn olunan şəxslər bu prosesə daxil ediləcək. Gəmi enkazında qalan heyət üzvləri isə bu identifikasiya prosesinə daxil edilməyəcək.

Xatırladaq ki, 1941-ci ilin dekabrında Yaponiya İmperator Ordusu ABŞ-ın Havay adalarında yerləşən Pearl Harbor hərbi-dəniz bazasına qəfil hava hücumu həyata keçirmişdi.

Həmin hücum nəticəsində “USS Arizona” döyüş gəmisi cəmi 9 dəqiqə ərzində batmış və gəmidə olan 1177 hərbçi həyatını itirmişdi. Bildirilir ki, qəza nəticəsində gəmi enkazında 900-dən çox insanın cəsədi qalıb.

ABŞ hökuməti uzun illərdir ki, kimliyi müəyyən edilməmiş hərbçilərin identifikasiyası istiqamətində araşdırmalar aparır.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: Kuba çox yaxında “çökəcək”

Aynur Camal

Rusiya: Finlandiya ərazisində nüvə silahlarının yerləşdirilməsi ilə bizi təhdid edir

Aynur Camal

İran XİN: Tehranda ibtidai məktəbə zərbə endirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu