Oklahoma ştatında çalışan polis məmurları, hesabatların daha sürətli və daha axıcı olduğu səbəbiylə süni intellekt tərəfindən yazıldığını açıqlayıb.
Dünyanı zəbt edən süni intellektin istifadə sahələrinə yenisi əlavə edilib.
Bir çox sektorda istifadə edilən süni intellekt bu dəfə polisə kömək edir.
ABŞ-ın Oklahoma ştatında polis məmuru Mett Gilmore hesabat yazarkən süni intellektdən istifadə etdiyini açıqlayıb.
O, K-9 iti ilə bir qrup şübhəlini axtararkən, qeydə alınan görüntünü Amerikanın “Axon” adlı şirkəti tərəfindən hazırlanmış süni intellektə əsaslanan danışıq botuna yükləyib və ondan hesabat yazmasını istəyib.
Süni intellektin sənədə başqa bir polis məmurunun şübhəlilərin qaçdığı avtomobilin rəngindən bəhs etməsi kimi xatırlamadığı detallar əlavə etdiyini ifadə edən Gilbert, “Bu, yaza biləcəyimdən çox daha yaxşı bir sənəd idi və məzmunu tamamilə düzgün idi” deyib.
Axon-un baş meneceri Rick Smith bu texnologiyanı “inqilab” olaraq xarakterizə etdi və məhsulun polis əməkdaşları arasında çox müsbət qarşılandığını qeyd edib.
Smith, söhbət botunu şirkətin “ən çox müsbət cavab alan məhsulu” olaraq xarakterizə etdi və bu texnologiya sayəsində polis məmurlarının sahə vəzifələrinə daha çox vaxt ayıra bildiyini vurğulayıb.
Polisin adətən 30-45 dəqiqəyə yazdığı hesabatları 8 saniyə kimi qısa müddətdə hazırlayan süni intellektə əsaslanan sistem bir çox tənqidləri də özü ilə gətirib.
Hüquq eksperti Endryu Ferqyuson, süni intellektlə yaradılan protokolların “yalan məlumat istehsal etmək və etnik mənsubiyyətlə bağlı həssaslıqları nəzərə almamaq” ehtimalına görə etibarlı olub olmadığını şübhə altına aldıqlarını bildirib.
Oklahoma Sitidən olan icma fəalı Aurelius Francisco da bu sənədlərin polisin işini asanlaşdıracağını, lakin müxtəlif etnik mənşəli insanların həyatını çətinləşdirəcəyini müdafiə edib.
Mənbə: EnSonHaber