8 C
Baku
22 Dekabr 2025, 4:09
DünyaSiyasət

ABŞ Prezidenti Ərdoğanı təbrik etdi

Bugun.tv xəbər verir ki, 28 mayda keçirilən seçkilərin ikinci turunda qalib gələn Türkiyə Prezident R.T.Ərdoğana dünya liderlərindən təbrik zəngləri gəlməkdə davam edir.

ABŞ Prezidenti Bayden Ərdoğana telefonla zəng edərək onu yenidən seçilməsi münasibətilə təbrik edib. Prezidentliyin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, ABŞ prezidenti Bayden prezident Ərdoğanın seçkilərdəki uğurunu təbrik edib və nəticələrin türk xalqı üçün faydalı olmasını arzulayıb.

Türkiyə-ABŞ əlaqələrinin regional və qlobal çağırışlar qarşısında daha böyük əhəmiyyət kəsb etdiyini bildirən  liderlər yeni dövrdə iki ölkə arasında bütün məsələlərdə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Mənbə: SABAH

 

Bugün TV

Oxşar xəbərlər

İtaliya sahillərində qayığın batması nəticəsində azı 20 miqrant öldü

Bugün TV

Qəzza zolağındakı çadırlar şiddətli yağışdan sonra su altında qaldı

Elnarə Dərziyeva

Şimali Koreyada sirli rus təyyarəsi! Yaralı əsgərlər daşınır? Analitiklərin proqnozları

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu