Baş xəbər

ABŞ Prezidenti Bayden çıxışını yarımçıq qoyan ekoloqdan susmağını istədi

Bugun.tv xəbər verir ki, ABŞ prezidenti Co Bayden Arizonada çıxışı zamanı sözünü yarımçıq kəsən ekoloqun  “Sussan, bu hadisədən sonra səninlə danışacağam”, – deyərək reaksiya verib.

“New York Post” qəzetinin yazdığına görə, 2018-ci ildə dünyasını dəyişən keçmiş respublikaçı senator Con Makkeynin xatirəsinə keçirilən tədbirdə çıxışının kəsilməsinə qəzəblənən Bayden iqlim fəalını danlayıb.

Prezidentin Baydeni yüksək səslə iqlimlə bağlı fövqəladə vəziyyət elan etməyə çağıran adı açıqlanmayan iqlim fəalına reaksiyası salonda gərgin anlara səbəb olub.

Etirazçının “Niyə iqlimlə bağlı fövqəladə vəziyyəti elan etmədin? Çoxlu arizonalı öldü” sözləri ilə çıxışı yarımçıq qalan Bayden, ona “Sussan, bu hadisədən sonra səninlə danışacağam, tamamı?”, – deyə cavab verib.

Qısa gərginlikdən sonra iqlim fəalı mühafizəçilərin müşayiəti ilə zaldan çıxarılıb.

Bugün TV

Oxşar xəbərlər

Güclü yağış səbəbindən 8 ev təxliyə edildi

Bugün TV

10 may- Azərbaycan tarixində əbədi iz qoymuş dahi şəxsiyyət

Aynur Camal

Yolda sürüklənən sürücüyə cəza

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu