Bugun.tv xəbər verir ki, ABŞ prezidenti Co Bayden sabah İsrailə səfər edəcək və İsrailin “müharibə məqsədləri və strategiyası” haqqında geniş brifinq alacaq.
Təl-Əvivdə mətbuat konfransı keçirən ABŞ dövlət katibi Entoni Blinken Baydenin çərşənbə günü İsrailə səfər edəcəyini açıqlayıb.Bu barədə “TRT Haber” də məlumat yayııb. Baydenin bu ölkəyə “İsrail, bölgə və dünya üçün kritik bir zamanda” gedəcəyini ifadə edən Blinken, ABŞ-ın HƏMAS-ın hücumlarına qarşı İsraillə həmrəylik mesajı verəcəyini bildirib.
Blinken qeyd edib ki, Bayden mövcud böhrandan istifadə etmək və İsrailə hücum etmək istəməyən üçüncü aktyorlara mesajını təkrarlayacaq. Baydenin Həmas tərəfindən saxlanılan girovların azad edilməsi üçün İsraillə də yaxın koordinasiyada olacağını ifadə edən Blinken, ABŞ prezidentinin səfəri çərçivəsində İsrailin müharibə məqsədləri və strategiyası ilə bağlı da əhatəli brifinq alacağını bildirib.
Blinken, Baydenin İsraildən mülki itkiləri minimuma endirməklə əməliyyatlarını necə həyata keçirəcəyi və Qəzzada mülki şəxslərə humanitar yardım axınının necə təmin ediləcəyi barədə məlumat alacağını bildirib. Bu kontekstdə Blinken, ABŞ və İsrailin Qəzzada mülki şəxslərə çatmaq üçün donor ölkələr və beynəlxalq təşkilatlardan humanitar yardım planı hazırlamağa razılaşdıqlarını, o cümlədən “mülki insanları təhlükədən uzaq tutmağa kömək edəcək zonaların” yaradılması imkanını açıqladı.
Blinken, “Yardımların Qəzzəyə ən qısa zamanda axmağa başlaması çox vacibdir” dedi. dedi. Blinken bildirib ki, HƏMAS humanitar yardımın mülki şəxslərə çatmasına mane olarsa və ya onu ələ keçirərsə, ilk olaraq onlar bunu pisləyəcək və belə bir şeyin bir daha təkrarlanmaması üçün çalışacaqlar.
Müxbir: İntizar Əmirova