Bugun.tv xəbər verir ki, Baydenin Virciniyadakı seçki tədbirindəki çıxışı Fələstin tərəfdarı etirazçılar tərəfindən dəfələrlə kəsildi. Bir gün sonra paytaxt Vaşinqtonda da eyni şey baş verdi.
Avtomobil istehsalçıları birliyinin tədbirində Baydenin çıxışı zamanı səslərini ucaldan etirazçılar Baydeni “Qəzzada atəşkəsə” çağırıblar.
Digər tərəfdən bir qrup etirazçı tədbirin keçirildiyi otelin qarşısına toplaşıb.
Etirazçılar Fələstin bayraqları və Qəzzada dərhal atəşkəs tələbi ilə şüarlar səsləndiriblər.
Baydenin ötən gün Virciniya ştatında iştirak etdiyi seçki toplantısındakı çıxışı Fələstin tərəfdarı nümayişçilər tərəfindən dəfələrlə “soyqırımı maliyyələşdirməyi dayandırın” şüarları səsləndirərək kəsilib.
Mənbə: trthaber
Müxbir: Qaytən Qasımzadə