Dünya

ABŞ-Prezidenti Donald Trump: “Venesuelada nə savaş, nə seçki olmayacaq”

ABŞ-ın Prezidenti Donald Trump Venezuela ilə bağlı yeni açıqlama verib. Trump bildirib ki, Vaşinqton və Caracas arasında rəsmi hərbi münaqişə yoxdur və ABŞ bu vəziyyəti müharibəyə çevirmək niyyətində deyil.

Trump vurğulayıb ki, ABŞ-ın bu ölkə ilə hərbi münaqişəsi yoxdur: “Biz Venezuela ilə savaş halında deyilik, biz narkotik ticarəti ilə mübarizə aparırıq”.

ABŞ lideri ölkədə önümüzdəki 30 gün ərzində yeni prezident seçkisinin keçirilməyəcəyini açıqlayıb. Trump bunu ölkədə stabil vəziyyətin yaradılması və “çətin vəziyyətdəki infrastrukturun bərpası” ilə izah edib və bildirib ki, insanlar hələ səsvermə aparacaq şəraitdə deyillər.

Trump ölkədə seçkilərin keçirilməsinin “qısa müddətdə mümkün olmadığını” deyərək, Vaşinqtonun uzun müddətli əməkdaşlıq və bərpa prosesinə üstünlük verdiyini söyləyib.

Açıqlamada ABŞ-ın, Venezuela-nın enerji sektorunu bərpa etməyə kömək edə biləcəyi, bunun üçün isə böyük məbləğdə investisiyalar və neft şirkətlərinin rolunun vacib olduğu vurğulanıb.

Bu açıqlama, ABŞ qüvvələrinin Venezuela Prezidenti Nicolás Maduro və həyat yoldaşını tutduğunu iddia etdiyi əməliyyatdan sonra verilib. Trumpın mövqeyi, rəsmi müharibə olmadığını təsdiqlədiyi halda ölkədə demokratik proseslərin dərhal başlanmayacağını göstərir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu