Bugun.tv xəbər verir ki, seçki qutularının 84%-i açılıb. Associated Press (AP) xəbər agentliyinin açıqladığı qeyri-rəsmi nəticələrə görə, Tramp Ayova ştatında keçirilən praymerizlərdən sonra ikinci dəfə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəçi Nikki Heylidən daha çox səs toplaya bilib.
İlkin nəticələr. Tramp bu ştatda 54,6 faiz səs toplayaraq yarışın qalibi elan edilib. Heyli isə ən güclü dəstəyə malik olduğu ştatda 43,5 faiz səs toplayıb.
Nyu-Hempşir ştatının ilkin seçki nəticələri. Trampın tərəfdarları Heylinin yarışı tərk etməsi üçün təzyiqləri artırıb. Siyasətçi isə kampaniyasını davam etdirəcəyini bəyan edib.
Heyli seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra “Bu yarış hələ bitməyib. Qarşıda onlarla ştat var” deyib.
İyul və avqust aylarında keçiriləcək partiya qurultaylarında həm Demokratlar, həm də Respublikaçılar prezident seçkiləri üçün rəsmi namizədlərini müəyyənləşdirəcəklər.
Noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gələcək namizəd 2025-ci il yanvarın 20-də öz yerini tutacaq.
Müxbir: Qaytən Qasımzadə
