22 C
Baku
27 İyul 2025, 10:23
DigərDünyaSiyasət

Londonda ənənəvi Yeni il paradı keçirildi

İngiltərənin paytaxtı Londonda ənənəvi olaraq keçirilən Yeni il paradı minlərlə insan tərəfindən maraqla izlənilib.

Bugun.tv xarici KİV-ə istinadla xəbər verir ki, Yeni ilin ilk günü Green Parkdakı məşhur The Ritz otelinin qarşısından başlayan yürüşdə bir çox ölkədən rəqqaslar, musiqiçilər, akrobatlar, ifaçılar və məktəb marş qrupları iştirak edib.

Rəngarəng şouların nümayiş olunduğu kortejdə müxtəlif model avtomobillər, buxar avtomobilləri, velosipedlər və atlar da yer alıb. Parad zamanı kross-motosikllər akrobatika nümayiş etdiriblər.

Kortej paytaxtın məşhur görməli yerlərindən keçib. Paradı minlərlə insan böyük həvəslə izləyib.

İntizar Əmirova

Oxşar xəbərlər

Boris qasırğası həyatı iflic etdi! Təbii fəlakət vəziyyəti elan edildi

Aynur Camal

Hizbullah İsrail yaşayış məntəqəsini raketlə bombalayıb

Aynur Camal

“Azərbaycanın enerji siyasəti dünya miqyasında yüksək qiymətləndirilir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu