DigərDünyaSiyasət

Londonda ənənəvi Yeni il paradı keçirildi

İngiltərənin paytaxtı Londonda ənənəvi olaraq keçirilən Yeni il paradı minlərlə insan tərəfindən maraqla izlənilib.

Bugun.tv xarici KİV-ə istinadla xəbər verir ki, Yeni ilin ilk günü Green Parkdakı məşhur The Ritz otelinin qarşısından başlayan yürüşdə bir çox ölkədən rəqqaslar, musiqiçilər, akrobatlar, ifaçılar və məktəb marş qrupları iştirak edib.

Rəngarəng şouların nümayiş olunduğu kortejdə müxtəlif model avtomobillər, buxar avtomobilləri, velosipedlər və atlar da yer alıb. Parad zamanı kross-motosikllər akrobatika nümayiş etdiriblər.

Kortej paytaxtın məşhur görməli yerlərindən keçib. Paradı minlərlə insan böyük həvəslə izləyib.

Bugün TV

Oxşar xəbərlər

Pişiyiniz gün boyu yatır? – Bu normaldır, yoxsa narahat olmağa dəyər?

Aynur Camal

Tramp: İranla müharibə üçün 200 milyard dollar tələb oluna bilər

Aynur Camal

İran, Netanyahunun çıxışı zamanı İsrailə raket zərbəsi endirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu