ABŞ rəhbərliyi Birləşmiş Millətlər İqlim Dəyişiklikləri Çərçivə Sazişindən çıxacaq. Donald Trump administrasiyası 1992-ci ildən etibarən üzv olduğu bu beynəlxalq sazişdən və ona bağlı 66 beynəlxalq qurumdan ayrılacağını açıqlayıb. Bu qərar ABŞ-ın Dünyada İqlim Əməkdaşlığında rəsmi rolunu və hesabatlılıq öhdəliklərini aradan qaldıracaq.
UNFCCC çərçivəsində aparılan Paris və Kyoto protokolları kimi mühüm struktur və mexanizmlər bu sazişin əsas komponentləri olub.
ABŞ-ın bu qurumdan çıxması bir çox iqlim ekspertləri və müttəfiqlər tərəfindən tənqid edilir və bu qərarın qlobal iqlim hədəflərinə mənfi təsir göstərə biləcəyi qeyd olunur.
Beynəlxalq həmkarları, xüsusilə iqlim dəyişikliyi ilə mübarizə siyasətini prioritet edən dövlətlər, bu qərardan narahatlıq ifadə edib və ABŞ-ın bu addımının həm diplomatik, həm də ekoloji sahədə təsirləri olacağı bildirilir.
Mənbə: TRT Haber
