8 C
Baku
12 Dekabr 2024, 10:25
İqtisadiyyat

ABŞ Rusiya bank sektorunun 80%-nə qarşı sanksiyalar tətbiq edib

1000-dən çox xarici şirkət Rusiya Federasiyasında fəaliyyətini dayandırıb.

ABŞ administrasiyası Rusiyanın bank sektorunun 80%-nə qarşı sanksiyalar tətbiq edib. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri təxminən 2,4 min fiziki və hüquqi şəxs ABŞ-ın məhdudiyyətləri altına düşüb.

Bugun.tv  TASS-a istinadən xəbər verir ki, bu barədə  ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Aktivlər baxımından Rusiyanın bank sektorunun 80%-dən çoxu ABŞ-ın sanksiyaları altındadır. Bu barədə Amerikanın Rusiyaya qarşı məhdudiyyətlərin statistikasını təqdim edən sənəddə deyilir.

Departamentin məlumatına görə, müharibədən sonra 1000-dən çox xarici şirkət Rusiyada fəaliyyətini dayandırıb və ya məhdudlaşdırıb.

Son bir il ərzində ABŞ Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyi Avropa, Afrika və Asiyadan Rusiya Federasiyasına “sanksiyalardan yan keçmək”də yardım göstərən 200-dən çox şəxsi “qara siyahı”ya salıb. Amerika departamenti Belarusun maliyyə sektorunun demək olar ki, beşdə birinə qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, ötən il fevralın 24-dən bu yana 115-ə yaxın gəmi və 19 təyyarə departamentin məhdudiyyətləri altına düşüb.

Nazirlik sanksiyalardan azad edilməklə 68  lisenziya dərc edib, bu qəbildən olan 40 sənədə dəyişiklik edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Türkiyə qeyri-neft ixracatımızda birincidir

Nigar Məmmədova

Zəlzələ Türkiyədən gətirilən inşaat məhsullarının bahalaşmasına səbəb ola bilərmi?

Nigar Məmmədova

Azərbaycan Moldovadan buğda tədarükü ilə bağlı razılığa gəlib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu