13 C
Baku
2 Dekabr 2025, 19:08
Dünya

ABŞ: Rusiya-Ukrayna müharibəsində tərəflər “sülh layihəsi” hazırlayıblar

Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün İsveçrənin Cenevrə şəhərində keçirilən sülh planı danışıqlarından sonra ABŞ tərəflərin “yenilənmiş və yenidən işlənmiş sülh çərçivəsi layihəsi” hazırladığını açıqlayıb.

Ağ Evin veb saytında ABŞ administrasiyasının Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün İsveçrənin Cenevrə şəhərində müzakirə etdiyi sülh planı danışıqları ilə bağlı açıqlama dərc edilib.

Bəyanatda danışıqların konstruktiv atmosferdə keçdiyi və ədalətli və davamlı sülhə nail olmaq üçün ortaq öhdəliklərin vurğulandığı bildirilir.

Bəyanatda tərəflərin “əhəmiyyətli irəliləyişlər əldə etdiyi” və danışıqlardan sonra tərəflərin “yenilənmiş və yenidən işlənmiş sülh çərçivəsi layihəsi” hazırladığı qeyd edilib.

Bəyanatda əlavə edilib ki, Ukrayna və ABŞ yaxın günlərdə birgə təkliflər üzərində işləyəcək və proses irəlilədikcə Avropa Birliyi ilə məsləhətləşəcək.

Həmçinin, son qərarları Ukrayna və ABŞ-ın verəcəyi vurğulanıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

117 yaşlı qadının DNT-si uzunömürlülüyün ipuçlarını ortaya qoydu

Aynur Camal

İsraildən İrana təhlükə!

Aynur Camal

O, qətl törətdiyinə görə 48 il həbs edilib, lakin onun günahsız olduğu üzə çıxıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu