7 C
Baku
22 Dekabr 2025, 18:11
Dünya

ABŞ Rusiyadan qorxdu: Kiyev səfirliyini bağladı

ABŞ-ın Kiyevdəki səfirliyi xəbərdarlıq edib ki, Rusiya bu gün Ukraynaya böyük hava hücumu həyata keçirə bilər. Xəbərdarlıqda ABŞ-ın Kiyevdəki səfirliyinin bağlandığı açıqlanıb.

ABŞ-ın Kiyevdəki səfirliyindən verilən yazılı açıqlamada Rusiyanın noyabrın 20-də (bu gün) böyük bir hava hücumu təşkil edə biləcəyi ilə bağlı xüsusi məlumat alındığı bildirilib.

Açıqlamada, “Səfirlik hazırlıq məqsədilə bu gün bağlanacaq. Səfirlik əməkdaşlarına yerlərdə qalmaları barədə göstəriş verilib. ABŞ səfirliyi ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınacaqlara getməyə hazır olmalarını tövsiyə edir”.

ABŞ səfirliyinin hücum xəbərdarlığı Ukraynanın müharibənin mininci günündə ilk dəfə ABŞ istehsalı olan uzaqmənzilli ATACMS raketləri ilə Rusiya ərazisinə hücumundan bir gün sonraya təsadüf edib.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Fələstinli uşaqların daxil olmadığı xüsusi gün: 20 noyabr

Aynur Camal

“Ukrayna xalqı artıq dost və qardaş Azərbaycanın qazı ilə çaylarını dəmləyəcək, evlərini isidəcək”

Aynur Camal

Bir evə hava hücumu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu