22 C
Baku
27 İyul 2025, 8:02
Dünya

ABŞ Rusiyadan qorxdu: Kiyev səfirliyini bağladı

ABŞ-ın Kiyevdəki səfirliyi xəbərdarlıq edib ki, Rusiya bu gün Ukraynaya böyük hava hücumu həyata keçirə bilər. Xəbərdarlıqda ABŞ-ın Kiyevdəki səfirliyinin bağlandığı açıqlanıb.

ABŞ-ın Kiyevdəki səfirliyindən verilən yazılı açıqlamada Rusiyanın noyabrın 20-də (bu gün) böyük bir hava hücumu təşkil edə biləcəyi ilə bağlı xüsusi məlumat alındığı bildirilib.

Açıqlamada, “Səfirlik hazırlıq məqsədilə bu gün bağlanacaq. Səfirlik əməkdaşlarına yerlərdə qalmaları barədə göstəriş verilib. ABŞ səfirliyi ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınacaqlara getməyə hazır olmalarını tövsiyə edir”.

ABŞ səfirliyinin hücum xəbərdarlığı Ukraynanın müharibənin mininci günündə ilk dəfə ABŞ istehsalı olan uzaqmənzilli ATACMS raketləri ilə Rusiya ərazisinə hücumundan bir gün sonraya təsadüf edib.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

İsrail mediası: İsrail təhlükəsizlik qüvvələri qurudan Qəzzaya girməyə hazırlaşır

Bugün TV

İsrail Ordusu son 24 saatda Qəzzaya 100-dən çox hava hücumu həyata keçirdi

Aynur Camal

Samsung Galaxy Note 20 yolun sonuna gəldi: Artıq hər ay yeniləmələr almayacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu