27 C
Baku
10 İyun 2025, 12:28
Digər

ABŞ Rusiyanın hərbi texnikasına qarşı sanksiya tətbiq etdi

Bugun.tv xəbər verir ki, ABŞ Rusiyanın hərbi və müharibə səylərini dəstəkləyən məhsullara çıxışını əngəlləmək üçün 18 şəxsə və onlarla təşkilata sanksiya tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinin bəyanatına görə, Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) və Dövlət Departamenti fevral və may aylarında G7 liderlərinin öhdəliklərini daha da yerinə yetirmək üçün tədbirlər görüb.

Açıqlamada Rusiyanın hərbi və döyüş səylərini dəstəkləyən məhsullara çıxışının qarşısının alınması üçün tədbirlərin görüldüyü, bunun ölkənin metal və mədən sektorundan əldə etdiyi gəlirləri azaltmaq, gələcək enerji potensialını sarsıtmaq, Rusiyanın beynəlxalq maliyyə sisteminə çıxışının qarşısını almaq, aerokosmik və müdafiə sektorlarını G7-nin istehsal etdiyi texnologiyadan məhrum etmək məqsədi daşıdığı bildirilib.

ABŞ Maliyyə Nazirinin müavini Uolli Adeyemo, bugünkü sanksiyaların Rusiyanın hərbi imkanlarını, döyüş meydanında təchizatlara çıxışını və iqtisadi gəlirliliyini məhdudlaşdırmaq səylərində daha bir addım olduğunu vurğulayıb. “Rusiya Ukraynaya qarşı əsassız və amansız müharibəsini davam etdirdikcə, Rusiyanı silah sənayesinin təchizat imkanlarından məhrum etmək üçün sanksiyalar tətbiq edəcəyik”, o, əlavə edib.

Bugün TV

Oxşar xəbərlər

Nikolay Patruşev Səudiyyə Ərəbistanının milli təhlükəsizlik müşaviri ilə danışıqlar aparıb

Nigar Məmmədova

Tanınmış jurnalistə vəzifə verildi

Aynur Camal

Ermənistan müxalifəti kütləvi aksiyalar təşkil edib.

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu