29 C
Baku
28 İyun 2025, 19:12
Digər

ABŞ Rusiyanın KXDR və İranla hərbi-texniki əməkdaşlığına qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ Rusiya Federasiyasının KXDR və İranla hərbi-texniki əməkdaşlığına qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Bugun.tv xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyasına KXDR silahlarının tədarükü “BMT Təhlükəsizlik Şurasının bir çox qətnamələrinin birbaşa pozulmasıdır” və ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə BMT Təhlükəsizlik Şurasında bu məsələni qaldıracaq. “Biz Rusiya ilə KXDR, eləcə də Rusiya və İran arasında silah ötürülməsini asanlaşdırmağa çalışanlara qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”, – Kirbi bildirib.

İntizar Əmirova

Oxşar xəbərlər

Türkiyə Aralıq dənizi sahillərində zəlzələ baş verdi

Aynur Camal

Kitab oxumağın həyatımızdakı rolu…

Bugün TV

Son 15 gündə Laçında 1 318 ədəd PMN-Э növlü mina aşkarlanıb – BƏYANAT

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu