20 C
Baku
16 Oktyabr 2025, 16:27
DünyaSiyasət

ABŞ seçkilərində Respublikaçılar Partiyasının namizədi kim olacaq?

Bugun.tv xəbər verir ki, ABŞ-da gələn il keçiriləcək prezident seçkiləri üçün yarış gedir. Respublikaçıların iki tanınmış namizədi keçmiş prezident Donald Tramp və Florida qubernatoru Ron DeSantisdir.

ABŞ mətbuatında keçirilən son sorğulara görə, 2 ay əvvəl 55 faiz olan Trampa dəstək səviyyəsi bu ay 62 faizə yüksəlib.

Hələ rəsmi olaraq kampaniyaya başlamayan DeSantis respublikaçı seçicilərdən 9 faiz aşağı, 16 faiz dəstək alıb.

Sorğuda ən çox diqqət çəkən Tramp və DeSantisi 7 faiz dəstəklə keçmiş vitse-prezident Mayk Pens izlədi.

Keçmiş Cənubi Karolina qubernatoru Nikki Heyli, sahibkar Vivek Ramasvami, Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi və Arkanzasın keçmiş qubernatoru Asa Hatçinson sorğuda 3 faiz və ya daha az səs toplayıb.

İlkin ştatları ziyarət edən və son həftələrdə xaricə turneyə çıxan DeSantis, yarışa rəsmi olaraq girmək üçün bu qədər uzun müddət gözlədiyi üçün tərəfdarlarının tənqidinə səbəb oldu.

Emerson Kollecinin keçirdiyi sorğu aprelin 24-dən aprelin 25-dək 445 əsas seçici ilə 4,6 faiz səhvlə aparılıb.

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

BMT-nin İsraillə bağlı qərarı: Müharibə cinayətləri törətməkdə ittiham olunur

Kəmalə Sultan

Vulkan püskürdü: 7 şəhər boşaldıldı

Aynur Camal

Azərbaycanın bitməyən “Qara” günü: Qanlı Yanvar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu