24 C
Baku
13 Sentyabr 2025, 14:58
Baş xəbər

ABŞ: “Şimali Koreya Rusiyanı silahla təmin edərsə, tədbir görməkdən çəkinməyəcəyik”

Bugun.tv xəbər verir ki, ABŞ Dövlət Departamenti bəyan edib ki, Şimali Koreya Rusiyaya silah tədarük etməyə razılaşarsa, lazımi addımları atmaqdan çəkinməyəcəklər.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Şimali Koreya ilə Rusiya arasında hər hansı bir silah təhvilinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) bir çox qətnaməsini pozacağını xatırladan Miller, ABŞ-ın bu məsələdə mövqeyinin aydın olduğunu vurğuladı.

Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfəri ilə bağlı Miller, “Baş verənləri izləyəcəyik və lazım gələrsə, bu insanların məsuliyyət daşıması üçün hərəkətə keçməkdən çəkinməyəcəyik”, – belə deyib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Qış təkərləri məcburidir

Kəmalə Sultan

Prezident: “Bakı Ürək Günləri” rəmzi məna daşıyır

Aynur Camal

Partlayış Yer kürəsində virusların artmasına səbəb oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu