12 C
Baku
3 Noyabr 2025, 4:31
Dünya

ABŞ: Suriyada İrana bağlı milislərə məxsus silah anbarını vurduq

ABŞ Mərkəzi Komandanlığı Suriyada İrana bağlı milislərə məxsus silah anbarına hücum edildiyini açıqlayıb.

ABŞ ordusu Suriyada İrana bağlı qrupların ABŞ qüvvələrinə qarşı son hücumuna cavab verildiyini açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığından verilən yazılı açıqlamada Suriyada İrana bağlı milislərə məxsus silah anbarına hücum edildiyi bildirilib.

“Hücum İranın Suriyadakı ABŞ qüvvələrinə qarşı hücumuna cavab olaraq həyata keçirilib”,- deyə bəyanatda əlavə edilib: “İranın dəstəklədiyi qrupun silah anbarına edilən bu hücum ABŞ əsgərlərinə qarşı gələcək potensial hücumlar üçün bir plandır. Bölgədəki koalisiya qüvvələrini İŞİD-ə qarşı əməliyyatlar keçirməyi hədəfləyir”.

Açıqlamada ABŞ ordusunun öz şəxsi heyətinə və ya koalisiya tərəfdaşlarına qarşı heç bir hücuma dözməyəcəyi vurğulanıb və hücumun zərər hesablamalarının davam etdiyi bildirilib.

Mənbə: İhlas Xəbər Agentliyi (İHA)

Aynur Camal

Oxşar xəbərlər

Avropada Tramp qorxusu: 19 milyon insan yollara çıxa bilər!

Aynur Camal

İsrail ABŞ-ın atəşkəs təklifini qəbul etdi! Daimi yoxsa müvəqqəti?

Aynur Camal

Krımda Dudanın yarımada ilə bağlı sözləri Kiyevə siqnal adlandırılıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu