ABŞ Suriyadakı səfirliyini yenidən açıb.
Açılışı 2012-ci ildən bəri Suriyaya ilk səfərini edən ABŞ-ın Türkiyədəki səfiri Tom Barak edib.
ABŞ bu yaxınlarda Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.
Suriya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv etmə qərarının doğru istiqamətdə atılan müsbət addım olduğu bildirilib.
Sözügedən addımın Suriyanın yaşadığı humanitar və iqtisadi çətinliklərin aradan qaldırılmasına töhfə verəcəyi, Dəməşq rəhbərliyinin qarşılıqlı hörmət və onların daxili işlərinə qarışmamaq şərti ilə əməkdaşlığa açıq olan bütün tərəflərlə əlaqələri inkişaf etdirmək istədiyi bildirilib.
Mənbə: İlkha