20 C
Baku
28 İyun 2025, 4:11
Dünya

ABŞ Suriyadan çəkilirmi? İsrail mətbuatından təəccüblü iddia: 2 ay ərzində…

Suriyada hərbi varlığı olan ABŞ-ın dəyişən administrasiya ilə bölgədən çəkilib-çəkilməyəcəyi ilə bağlı müzakirələrin ardından İsrail mətbuatı tərəfindən təəccüblü bir iddia ortaya atılıb. İsrail mətbuatında yer alan xəbərlərə görə, ABŞ iki ay ərzində öz qoşunlarını mərhələli şəkildə Suriyadan çıxarmağa başlayacaq və bu barədə İsraili məlumatlandırıb.

Yüksək rütbəli İsrail rəsmisi deyib ki, İsrail hökuməti bunun yalnız qismən geri çəkilməklə nəticələnəcəyinə inanır, lakin hələ də amerikalı həmkarlarını Suriyada qoşun saxlamağa razı salmağa çalışır.

İsrail rəsmisi ABŞ-ın geri çəkilməsi ilə Türkiyənin Suriyadakı nəzarətinin artacağını və bunun Türkiyə ilə İsrail arasında gərginliyə səbəb olacağını iddia edib.

ABŞ-ın ötən ilin dekabrında verdiyi açıqlamaya görə, Suriyada təxminən 2 min ABŞ əsgəri var.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın orbitə kəşfiyyat peyki buraxmasını pislədi

Elnarə Dərziyeva

Baş naziri ölümlə hədələyən keçmiş əsgər axtarışa verildi

Teymur Əziz

ABŞ təsdiq etdi: AirPods eşitmə cihazlarına çevriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu