13 C
Baku
2 Dekabr 2025, 21:24
Dünya

ABŞ tarixində ən uzunmüddətli hökumət böhranı! Hava limanlarında xaos yaranacaq

36 gündür federal fəaliyyəti bağlı olan ABŞ hökuməti bütün zamanların ən uzun böhran rekordunu qırıb. Minlərlə hava limanı işçisinin ödənilməmiş maaşlar səbəbindən maaşsız işlədiyi bildirilir. Milyonlarla amerikalı vətəndaşının Şükranlıq günündə təyyarə ilə uçması gözlənilsə də, Nəqliyyat naziri xəbərdarlıq edib ki, hökumət bağlı qalsa, ölkədə xaos yaşanacaq.

Xatırladaq ki, ABŞ federal hökuməti, 2025 maliyyə ilinin sonu, 30 sentyabr Çərşənbə axşamı günü, gecə yarısında yeni büdcənin təsdiqlənməməsi səbəbindən fəaliyyətini dayandırmışdı.

Bağlanışdan bəri 1,4 milyon federal hökumət işçisi məzuniyyətdədir və ya maaşsız işləyir.

ABŞ Nəqliyyat Katibi Şon Daffi xəbərdarlıq edib ki, hökumət daha bir həftə bağlı qalsa, “kütləvi xaos” yaranacaq və hava nəqliyyatı dispetçerlərinin çatışmazlığı səbəbindən hava məkanının bəzi hissələrini bağlamağa məcbur ola bilərlər.

Daffi hökumətin davamlı bağlanmasında Demokratları günahlandırıb və bağlanmanın daha bir həftə davam edəcəyi təqdirdə “kütləvi xaos” olacağını söyləyib.

“Böyük uçuş gecikmələrini görəcəksiniz. Kütləvi ləğvləri görəcəksiniz və hava nəqliyyatı dispetçerlərimiz olmadığı üçün hava məkanının bəzi hissələrini bağlamalı ola bilərik, bunu idarə edə bilmərik”, – Daffi deyib.

Ağ Evin Mətbuat Katibi Karolin Livitt də mətbuat brifinqində hökumətin bağlanmasının hava səyahətinə təsirini müzakirə edib.

Leavitt, təkcə bazar günü ABŞ hava limanlarına gələn və gedən 5000-dən çox reysin təxirə salındığını bildirib və hökumətin fəaliyyətini dayandırmasından bəri hava nəqliyyatının idarə olunması müəssisələrində kadr çatışmazlığının ötən illə müqayisədə dörd dəfə çox olduğunu qeyd edib.

ABŞ-da Şükranlıq bayramı zamanı 5,8 milyon insanın ölkə daxilində uçuş edəcəyi gözlənilir.

Mənbə: Hurriyet.com

Aynur Camal

Oxşar xəbərlər

Kanadalı aktyor Anqus MacInnes 77 yaşında vəfat etdi

Aynur Camal

NATO-nun Kommersiya Məkanı Strategiyası təsdiqləndi

Aynur Camal

Kosmosa səyahət 60 il gecikdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu