7 C
Baku
6 Fevral 2025, 11:53
Dünya

ABŞ texnologiya şirkətləri 2024-cü ili rekordla bağladılar

Nvidia, Meta və Tesla 2024-cü ildə investorları üçün ən çox qazanan texnologiya şirkətləri olub.

ABŞ-ın “Möhtəşəm Yeddiliyi” adlandırılan 7 texnologiya nəhəngi 2024-cü ili rekord səviyyədə bağladı.

Alphabet, Amazon, Apple, Meta, Microsoft, Nvidia və Tesla səhmləri 2024-cü ildə əhəmiyyətli qazanc əldə edib.

Nvidia, süni intellekt çiplərinə olan tələb sayəsində səhmlərində yüzdə 171 artım yaşadı və “Möhtəşəm Yeddilik” arasında investorlarına ən çox qazanan şirkət oldu. Nvidia-nın bazar dəyəri 2024-cü ildə 3 trilyon dolları ötüb.

Meta, süni intellektdə gördüyü işlər sayəsində səhmlərində 65 faiz artım gördü. Şirkətin səhmlərinin qiyməti dekabrda rekord həddə çatıb.

Noyabr ayında keçirilən prezident seçkilərindən sonra Tesla səhmləri 60 faizdən çox dəyər qazanıb. Şirkət 2024-cü ildə investorlarına 62 faizi qaytarıb.

2024-cü ildə Amazon səhmləri 44 faiz dəyər qazanarkən, Alphabet səhmləri 35 faiz artıb. Dekabrda hər iki şirkətin səhmlərinin qiyməti rekord həddə çatıb.

2024-cü ildə Apple səhmləri 30 faiz dəyər qazandığı halda, Microsoft səhmləri 12 faiz artıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

“Dayan” xəbərdarlığına əməl etməyən sürücüyə cərimə

Teymur Əziz

Dmitri Medvedev: “Rusiyanın Moldovanın hazırkı liderləri ilə danışıqlar aparması üçün heç bir səbəb görmürəm”

Nigar Məmmədova

Təsadüfən dünyanın ən təhlükəli yolunu seçdilər, ölüm qaçılmazdı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu