19 C
Baku
8 Sentyabr 2024, 4:15
Baş xəbərSiyasət

ABŞ Ukraynadan deportasiyasını dərhal dayandırmağa çağırır

Bugün.tv Reuters-ə istinadən bildirir ki,  Birləşmiş Ştatlar Moskvanın ukraynalı uşaqları övladlığa verməsi və daha minlərlə insanın “yoxa çıxması” ilə bağlı xəbərlərə əsaslanaraq, Rusiyanı vətənlərini tərk etməyə məcbur etdiyi ukraynalıları dərhal azad etməyə və kənar müşahidəçilərə icazə verməyə çağırıb.

ABŞ Dövlət Katibi Entoni Blinken deyib ki, Mühafizə olunan şəxslərin qeyri-qanuni köçürülməsi və deportasiyası Mülki Şəxslərin Müdafiəsi üzrə Dördüncü Cenevrə Konvensiyasının ciddi şəkildə pozulması və müharibə cinayətidir.

Blinken açıqlamasında bildirib ki, xəbərlər Moskvanın “ukraynalı uşaqları qəsdən valideynlərindən ayırdığını və onların  Rusiyada övladlığa götürməzdən əvvəl uşaq evlərindən qaçırıldığını” və həmçinin “filtrdən” keçməyən minlərlə ukraynalı mülki vətəndaşı həbs etdiyini və ya itkin düşdüyünü  göstərir.

Ukrayna rəsmiləri Rusiyanı Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən yüz minlərlə insanı deportasiya etməkdə və onları “süzgəcdən keçirmə düşərgələri” adlanan yerlərə məcbur etməkdə ittiham edib və Qırmızı Xaçdan dəstək istəyib.

Bugün TV

Oxşar xəbərlər

Göyçayda  “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirildi

Bugün TV

Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi!

Bugün TV

Karateçilərimiz Avropa çempionatında 8 medal qazanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu