14 C
Baku
16 Noyabr 2025, 7:04
DünyaSiyasət

ABŞ Ukraynaya ilk silah yardımı paketini təsdiq etdi..

“Rusiyanın “Qərbə -2025″ hərbi təlimləri NATO -ya əzələ nümayiş idi. Belarusda keçirilən hərbi təlimlər birbaşa Polşanın təhlükəsizliyini təhdid edirdi. Polşanın hava məkanında kəşfiyyat uçuşları həyata keçirən Rusiya Qərbi preventiv zərbələrlə hədəyir. Amma, Rusiyanın NATO üzvü olan ölkəyə hücum edib, ikinci cəbhə açması mümkün görünmür. Buna baxmayaraq, Rusiya Polşa ərazisində Qərbin Ukraynaya logistika zəncirinə zərbə vuran bilər.

Artıq ABŞ və Rusiya siyasi danışıqları dayanıb. V. Putinin hərbi uniformada poliqona gəlməsi danışıqlar prosesində maraqlı olmadığının mesajını verdi. Şərqi Avropa Rusiya -Qərb arasında yeni cəbhə xətti kimi qəbul edilir” – deyən siyasi ekspert Məhəmməd Əsədullazadə şərhini sosial media hesabında paylaşıb.

O qeyd edib ki, Rusiya Belarusda öz hərbi qüvvələrini komplekləşdirib. Belarusdan Ukraynaya hücum mümkün ola bilər. Məhz ABŞ Belarusla apardığı danışıqlarda buna getməməyi tələb etməsi istisna deyil.

ABŞ və Avropa Rusiyaya qarşı vahid mövqeyə gəliblər. ABŞ prezidenti D. Tramp Ukraynaya ilk hərbi yardımı təsdiq etdi. Bir milyard dollar məbləğində hərbi yardım hücum və öldürücü silahlardan ibarətdir. ABŞ prezidenti V. Putinlə danışıqların mənasız olduğunun fərqindədir. Rusiyanın Polşaya kəşfiyyat hücumu məhz ABŞ və Avropanı Rusiyaya qarşı müharibənin gedişatına ciddi şəkildə dəyişəcək silahların ayrılmasına sövq edib.

Ukrayna verilən silahlarla cəbhə bölgəsində əhəmiyyətli dəyişikliklər yarada bilər. ABŞ Rusiyaya hərbi təzyiqləri getməklə, ilin axırına kimi V. Putini danışıqlar masasında güzəştə gətirməyi hədəfləyir.

Məhəmməd Əsədullazadə 

Milli Cəbhə Partiyası – MCP Başqan müavini, siyasi ekspert

Aynur Camal

Oxşar xəbərlər

Elnarə Akimovanın təşəbbüsü ilə şəhidin mövludu qeyd olundu

Aynur Camal

Hərbi toqquşmalarda ölənlərin sayı 459-a çatdı

Bugün TV

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə artıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu