ABŞ-ın bir çox universiteti qış tətili üçün ölkələrinə gedəcək beynəlxalq tələbələrinə yanvarın 20-də seçilmiş prezident Donald Trampın vəzifəyə başlamasından əvvəl kampusa qayıtmağı tövsiyə edib.
Məktəblər, o cümlədən ölkənin Harvard və Kornell kimi aparıcı universitetləri öz tövsiyələrini öz saytlarında dərc ediblər.
ABŞ-da tələbələr bu həftə buraxılış imtahanlarını başa vurub qış tətilinə getməyə hazırlaşarkən, universitet rəhbərliyi tətillərini öz ölkələrində keçirəcək beynəlxalq tələbələrə “Tramp Ağ Evi ziyarət etməmişdən əvvəl geri qayıtmaları” barədə xəbərdarlıq edib.
Kornell Universitetinin Qlobal Öyrənmə Ofisi öz internet səhifəsində Trampın birinci dövründə tətbiq etdiyi səyahət qadağasının vəzifəyə gəldikdən dərhal sonra yenidən qüvvəyə minməsinin “ehtimal” olduğunu bildirib.
Saytda deyilir: “Qadağaya ilk Tramp administrasiyasının hədəfində olan ölkələrin vətəndaşları da daxil ola bilər. Bunlar Qırğızıstan, Nigeriya, Myanma, Sudan, Tanzaniya, İran, Liviya, Şimali Koreya, Suriya, Venesuela, Yəmən və Somalidir. Yeni Bu siyahıya Çin və Hindistan başda olmaqla ölkələr də əlavə edilə bilər” ifadələrdən istifadə edilmişdir.
Harvard Universiteti “Qış Səyahətləri üçün Əsas Məlumat” başlığı ilə dərc olunan tövsiyəsində tələbələri 20 Yanvardan əvvəl qayıtmaq planlarını həyata keçirməyə çağırıb.
Tövsiyədə tələbələrə sərhəddə və sənədləşmə işlərində baş verə biləcək gecikmələrə hazır olmaq barədə xəbərdarlıq edilib.
Bu arada, oxşar tövsiyələr Massaçusets Texnologiya İnstitutunun və Massaçusets Amherst, Pensilvaniya və Uesliyan universitetlərinin saytlarında dərc olunub.
Trampın səyahət qadağası
Tramp ABŞ prezidenti kimi ilk dönəmində əksəriyyəti müsəlman olan 7 ölkədən ABŞ-a girişə məhdudiyyətlər qoyub və bu siyasət ucbatından minlərlə tələbə xaricdə qapalı qalıb.
Bu ilki seçki kampaniyaları zamanı Tramp qeyri-qanuni immiqrasiya problemi ilə bağlı sərhədləri bağlamaq və “səyahət qadağası”nı daha da gücləndirərək geri qaytarmaq istədiyini bildirib.
ABŞ Dövlət Departamenti tərəfindən qismən maliyyələşdirilən məlumat layihəsi olan Open Doors-un məlumatına görə, 2023-24-cü tədris ilində ölkədən kənardan 1,1 milyondan çox tələbə ABŞ kollec və universitetlərində təhsil alıb.
ABŞ-da, Hindistandan olan tələbələr əksəriyyətlə birinci, Çin və Cənubi Koreyadan olan tələbələr gəlir. Hindistanlı və Çinli tələbələr Birləşmiş Ştatlardakı bütün beynəlxalq tələbələrin yarıdan çoxunu təşkil edir.
Mənbə: TrtHaber