ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ və Kanada ən yeni “Qızıl Qübbə” raketdən müdafiə sisteminin əhatə dairəsinin Kanadaya genişləndirilməsi imkanlarını müzakirə edirlər.
“Biz müdafiə mexanizmi olan “Qızıl Qübbə” layihəsi üzərində sıx əməkdaşlıq edirik və siz onun işlədiyini görürsünüz. Bu, inanılmazdır. Ronald Reyqan bunu arzulayırdı, lakin texnologiya o səviyyədə yox idi. İndi biz iki ölkə üçün Qızıl Qübbə üzərində işləyəcəyik və bu, xüsusilə dünyadaki vəziyyəti nəzərə alaraq, son dərəcə vacibdir”, – Tramp bu barədə Ağ Evdə baş nazir Piter Karniyanla görüşündə deyib.
Mənbə: mail.ru