Bugun.tv xəbər verir ki, politoloq Məhəmməd Əssədullazadə bu məsələ ilə bağlı paylaşım edib. O deyib ki, ABŞ və İran arasında nüvə danışıqları davam edir və yaxın vaxtlarda növbəti raundun keçirilməsi gözlənilir:
“Danışıqların bu mərhələsində İran İsrailin nüvə texnologiyaları ilə bağlı sənədlərini ələ keçirdiyini iddia edib. Bu isə İsraildə ciddi narahatlıq yaradıb. Baş nazir Benyamin Netanyahu İrana qarşı mümkün hərbi zərbələrdə maraqlıdır və bu istiqamətdə simulyasiya təlimləri keçirir.
Tramp isə açıq şəkildə diplomatik danışıqlara üstünlük verdiyini bəyan edib. Buna baxmayaraq, danışıqların uğurla nəticələnməsi real görünmür”.

Eyni zamanda politoloqun fikrincə, İranın hərbi hədəfə çevrilməsi Azərbaycan üçün arzuolunan ssenari deyil: “Çünki İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. İran öz nüvə ambisiyalarından əl çəksə, regionda sabitlik bərpa oluna bilər. Hazırda görünən odur ki, İran nüvə silahı əldə etməyə çalışır. Əgər bu baş verərsə, İsrailin İrana hərbi hücum ehtimalı ciddi şəkildə gündəmə gələ bilər”.
Mənbə: Facebook