Baş xəbərDünya

ABŞ və İsveç arasında hərbi əməkdaşlıq sazişi üzrə danışıqlar başa çatıb

Bugun.tv xəbər verir ki, İsveç və ABŞ Birləşmiş Ştatlara İsveçdəki hərbi bazalara çıxış imkanı verən hərbi əməkdaşlıq sazişi (DCA, Defence Cooperation Agreement) üzrə danışıqları başa çatdırıblar.

Bu barədə “Dagens Nyheter” məlumat yayıb.

“ABŞ ilə planlaşdırılan sonuncu danışıqlar sessiyası keçən həftə baş tutub. Danışıqlar çox yaxşı keçib və müzakirəyə açıq heç bir məsələ qalmayıb. Bu mənada demək olar ki, razılaşma tamamlanıb”, – danışıqlarda İsveç nümayəndə heyətinə rəhbərlik edən Samuel Rudvall deyib.

Qeyd edək ki, İsveç və ABŞ arasında bu dialoq yanvar ayından bəri aparılırdı.

Qəzet yazır ki, ABŞ qoşunlarının İsveçdəki hərəkətlərini asanlaşdıracaq qanunların 2024-cü ilin sonunda qüvvəyə minməsi gözlənilir. Müqaviləyə əsasən, ABŞ-ın döyüş maşınları, sursat və silah sistemləri kimi hərbi texnikanın saxlanması üçün obyektləri olacaq. 2024-cü ilin əvvəlində İsveç və ABŞ hökumətləri tərəfindən DCA imzalandıqdan sonra amerikalılar İsveçin bəzi hərbi bazalarına giriş əldə edəcəklər.

Sazişin qüvvəyə minməsi üçün İsveç parlamenti onu təsdiq etməli və Amerika qoşunlarının İsveçdə fəaliyyət göstərməsinə icazə vermək üçün lazım olan qanunvericilik dəyişiklikləri barədə qərar verməlidir. Çünki ABŞ hərbi personalı İsveç torpaqlarında olarkən ABŞ qanunlarına tabe olacaq.

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub

Aynur Camal

Turistlər kütləvi şəkildə otellərdən küçələrə çıxarılır

Aynur Camal

Minlərlə insan Beyrutdan ayrılır — təhlükəsizlik narahatlığı artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu